09:27 15-12-2020
news_image
156
FUTBOL

Meydana qayıtdı, 2 qol buraxdı – Petr Çex

Əfsanəvi çexiyalı qapıçı Petr Çex karyerasını bərpa edib.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl İngiltərənin “Çelsi” klubunda idarəçi vəzifəsinə təyin edilən 38 yaşlı qolkiper London təmsilçisinin U-23 komandasının heyətində meydana çıxıb.

O, Premyer Liqa-2-nin X turunda “Tottenhem”lə qarşılaşmada çərçivədə dayanıb. Çexin 2 qol buraxdığı qarşılaşmada “Çelsi” 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Çelsi”nin U-23 komandası aktivindəki 19 xalla turnir cədvəlində başçılıq edir.