09:29 15-12-2020
news_image
81
FUTBOL

Koronavirusa 6 yoluxma – Premyer Liqada

İngiltərə Premyer Liqasında növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın mətbuat xidməti açıqlanıb.

1549 testdən altısı pozitiv nəticələnib. Onların adları açıqlanmır. İnfeksiyaya yoluxanlar karantinə alınıb.

Qeyd edək ki, bundan əvvəlki testlərdə 14 pozitiv nəticəyə təsadüf olunub.