09:49 15-12-2020
news_image
89
FUTBOL

“Mançester Yunayted”in müdafiəçisini istəyir – “Sauthempton”

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Brandon Uilyams komandasını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Sauthempton”un maraq dairəsinə düşüb.

Sonuncular Uilyamsı icarəyə götürmək niyyətindədir. “Sauthempton” futbolçunu qış transfer dövründə heyətinə qatmaqda maraqlıdır.

Mançester təmsilçisinin gənc ingiltərəlini buraxacağı gözlənilir. Çünki Brandon klubda oyun praktikası sarıdan problem yaşayır.

Qeyd edək ki, “Nyukasl”ın da maraq dairəsində olan müdafiəçi mövsümün arxada qalan hissəsində 7 oyun keçirib.