09:53 15-12-2020
news_image
458
TOP OYUNLARI

Loqoları təqdim olundu – dünya çempionatlarının

Beynəlxalq Voleybol Federasiyası (FİVB) növbəti dünya çempionatlarının loqosunu təqdim edib.

Apasport.az saytının məlumatına görə, 2022-ci ildə keçiriləcək kişilər və qadınlar arasında mundialların rəmzində bənzər element əks olunub.

Rəmzdə voleybolçunun yüksəyə tullanmasının yer alması dünya çempionatının yarışların zirvəsi olması anlamına gəlir. 2022-ci ildə kişilər arasında dünya çempionatı Rusiyada təşkil olunacaq. Niderlandla Polşa isə qadınların mundialına ev sahibliyi edəcək.