10:16 15-12-2020
news_image

Çempionlar şurası yaradılır – boksda

Beynəlxalq Həvəskar Boks Assosiasiyasında (AİBA) yeni şuralar yaradılacaq.

Apasport.az saytının məlumatına görə, bunu qurumun yeni prezidenti Umar Kremlyov açıqlayıb.

O bildirib ki, assosiasiyada üç şura yaradılmasına qərar verib: “Biz Çempionlar şurası, Məşqçilər şurası və Veteranlar şurası yaradacağıq. Bütün dünyadan olan boksçuları toplayacağıq. AİBA-nın Çempionlar şurasına Olimpiya və dünya çempionlar daxil olacaq”.

Qeyd edək ki, Kremlyov dekabrın 12-də AİBA prezidenti seçilib.