11:13 15-12-2020
news_image
157
FUTBOL

"Liverpul"la "Milan"ın sabiq futbolçusu klub tapdı - Türkiyədə

İtaliya millisinin sabiq futbolçusu Fabio Borini karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu “Fatih Karagümrük”lə anlaşıb.

Borini yeni komandasına azad agent kimi qoşulacaq. Buna səbəb futbolçunun sentyabrdan klubsuz olmasıdır.

Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Suonsi”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend”, “Milan” kimi klublarda oynamış forvardın son komandası “Verona” olub.