12:56 15-12-2020
news_image
89
FUTBOL

“Komandamızda bu potensial var” - Vüsal İsgəndərli

“Qrup bizim üçün mübarizə asan olmayacaq”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli DÇ-2022-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirərkən deyib.

25 yaşlı vinger Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer aldıqları A qrupunda layiqli mübarizə aparacaqlarını düşünür.

“Keşlə” klubunun oyunçusu son matçlardakı yüksəlişin seçmə mərhələyə də sirayət edəcəyinə inanır: “İstəkli çıxış etsək, hər şeyə nail ola bilərik. Yaxşı heyətimiz, yüksək səviyyəli baş məşqçimiz var. Son oyunlarımız göstərdi ki, müsbət nəticə qazana bilərik”.

İsgəndərli qrupda sonuncu yeri tutmamaq uğrunda yarışmayacaqlarını da sözlərinə əlavə edib: “Düzü, bunu zamanla görəcəyik. Bizim üzərimizə düşən əlimizdən gələnin ən yaxşısını etmək və gözləməkdir. İnşallah, daha yuxarı pillələrdə yer alacağıq. Məncə, komandamızda bu potensial var”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi 2021-ci ilin martında start götürəcək. Millimiz ilk oyununu həmin ayın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.