13:13 15-12-2020
news_image
132
FUTBOL

Levandovski liderin bir addımlığında – “Qızıl buts” üçün

Avropa ölkələrinin liqalarında keçirilən növbəti turun oyunlarından sonra “Qızıl buts”un sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Köhnə qitə”nin ən məhsuldar oyunçusu üçün təsis olunan mükafat uğrunda mübarizədə Kristofer Nyuman zirvədəki mövqeyini qoruyub.

İsveç çempionatında 18 qol vuran “Norçepinq”in hücumçusunun aktivində 27 xal var. Liderin ən yaxın izləcyisi Robert Levandovskidir. “Bavariya”nın heyətində Bundesliqada 13 qola imza atan forvard liderdən 1 xal geri qalır. İlk “üçlüy”ü eyni xala malik Rauno Seppinen qapayır. “Flora”nın futbolçusu Estoniya çempionatında 26 qola imza atıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bombardirləri Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ") və Namiq Ələsgərov ("Neftçi") hərəyə 6 qolla 6 xala malikdir.