
00:56
İtaliyanın “Fiorentina” klubunun uğursuz çıxışı komandanın azarkeşlərini qəzəbləndirib.
Apasport.az saytının məlumatına görə, A seriyasının XI turunda “Atalanta”ya böyükhesablı (0:3) məğlubiyyət florensiyalı fanatların səbir kasasını daşırıb.
Azarkeşlər klub stadionunun hasarlarına tənqidi plakatlar asıb, hətta futbolçuları hədələyiblər. Onlar “Klubun rənglərinə olan sevgimiz hədsizdir. Amma səbrimiz qalmayıb. Oyanın”, - tipli xəbərdarlıq bildirən yazılar yazıblar.
Qeyd edək ki, “Fiorentina” hazırda 9 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.