15:45 15-12-2020
news_image
109
FUTBOL

Yeni baş məşqçisinin adını açıqladı – Niderland klubu

Niderlandın “Feyenoord” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Rotterdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Komandanı yeni mövsümdən Arne Slot çalışdıracaq. Onunla 2 illik müqavilə imzalanıb. Çalışdırıcı mövsümün sonunda karyerasını başa vuracağını açıqlayan Dik Advokatı əvəzləyəcək.

Qeyd edək ki, Slot bir müddət əvvəl “Alkmaar”dan qalmaqalla ayrılıb. Klub rəhbərliyi “Feyenoord”la gizli danışıqlar aparan mütəxəssisi vəzifəsindən kənarlaşdırıb.