15:56 15-12-2020
news_image
123
FUTBOL

Futbolçusuna yeni müqavilə təklifi – “Bavariya”dan

Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Kinqsli Komanla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Fransa millisinin üzvünü satmayacaq.

Bir neçə klubun diqqət mərkəzində olan 24 yaşlı hücumameyilli oyunçuya hətta yeni müqavilə təklifi də edilib. Tərəflər danışıqların inkişaf mərhələsindədir. Yeni sazişin 2025-ci ilə qədər nəzərdə tutulacağı bildirilir.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”nın formasını geyinən Komanın hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.