16:24 15-12-2020
news_image
141
FUTBOL

AFFA postunda saxladı – serbiyalı baş məşqçini

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə ölkəmizdəki işini davam etdirəcək.  Apasport.az saytının məlumatına görə, 43 yaşlı serbiyalı mütəxəssis yığmamızın "sükanı arxası"nda qalacaq.

Bu qərar AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında veriləcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il  yığıncaq olmaya bilər. Məsələ burasındadır ki, AFFA-nın Nizamnaməsində İK-nın il ərzində ən azı 4 dəfə keçirilməsi göstərilib. Başa çatmaqda olan 2020-ci ildə isə həmin qurum artıq 8 iclas keçirib. Yəni, toplantı bu il olmasa da, Nizamnamə pozulmayacaq.

Obradoviçlə yeni müqavilənin müddətinə gəlincə, bu, qarşıdakı 2 ili əhatə edəcək və 2022-ci ilin sonunadək imzalanacaq (sport24.az).

Qeyd edək ki, U-21-lər arasında 2023-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması gələn il yanvarın 28-də olacaq. Yeni seçmə mərhələdə matçlar isə bundan 2 ay sonra - martda başlayacaq.