17:26 15-12-2020
news_image
191
FUTBOL

Millinin futbolçusu cəzalandı – 9 aylıq

İngiltərə millisinin futbolçusu Cek Qriliş cərimələnib.

Apasport.az saytının məlumatına görə, “Aston Villa”nın 25 yaşlı yarımmüdafiəçisi avtomobil idarəçiliyindəki nöqsanları üzündən təqsirli hesab olunub.

Müxtəlif vaxtlarda iki hadisə törədən Qriliş sürücülük hüququndan 9 aylıq məhrum edilib. O, 82 min 900 funt sterlinq cərimə də ödəyəcək.

Qeyd edək ki, Cekin idarə etdiyi “Range Rover” martın 29-da kənarda dayanan iki avtomobilin vurub. Həmin vaxt futbolçunun içkili olması da iddia edilir. İki ay öncə isə Qriliş hər hansı bir işarə etmədən yüksək sürətlə irəliləyib.