17:40 15-12-2020
news_image
230
FUTBOL

4-cü qayıdış – baş məşqçi kimi

İtaliyanın “Cenoa” klubunda növbəti baş məşqçi dəyişikliyi olacaq.

Apasport.az saytının məlumatına görə, son illərdə çalışdırıcısını tez-tez dəyişən Genuya təmsilçisi Rolando Maranı istefaya göndərəcək.

Klub rəhbərliyi komandanın çıxışından narazı qaldığı üçün mütəxəssislə yollarını ayırmaq niyyətindədir. Onu Davide Ballardininin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, əvvəllər üç dəfə (2010-11, 2013, 2017-18) “Cenoa”nın baş məşqçisi olan Ballardini Genuya klubundan ayrılandan sonra işsizdir.