22:14 15-12-2020
news_image
100
FUTBOL

Yeni futbolçu almayacaq – “Bavariya”

Almaniyanın “Bavariya” klubunun qış transfer dövrü ilə bağlı planları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi yeni futbolçu almağı planlaşdırmır.

Yayda 7 yeni futbolçu alan münhenlilər klubun akademiyasının yetirmələrinə də diqqət ayırmaq niyyətindədir. Oyunçu almayacaq klubdan iki futbolçunun gedəcəyi ehtimal olunur. Bunlar Cerom Boatenqlə David Alabadır.

Qeyd edək ki, “Bavariya” Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Bayer”dən 1 xal geridə olan münhenlilər “Leypsiq”i əlavə göstəricilərdə üstələyir.