22:27 15-12-2020
news_image
145
FUTBOL

“Barselona”dan getməyə tələsmir - Messi

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi gələcək karyerasına aydınlıq gətirməyə tələsmir.

Apasport.az saytının məlumatına görə, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq argentinalı hücumçu və onun nümayəndələri hələ heç bir klubla təmasa keçməyib.

Buna futbolçunun istəyi səbəb olub. Messi fikrinin yayınmaması və bütün fikrini “Barselona”ya yönəldərək ən yaxşı oyununu nümayiş etdirmək istəyir. Lionelin nümayəndələri yalnız onun razılığından sonra yeni klub axtarışına başlayacaq.

Qeyd edək ki, cənubi amerikalının heyətinə qatmağa əsas namizədlər PSJ və “Mançester Siti”dir.