
15:44
Türkiyənin “Beşiktaş” klubunda növbəti koronavirus testlərinin nəticələri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə kubokunun 5-ci mərhələsinin “Tarkus İdman Yurdu” ilə oyunundan öncə verilən testlərdən biri pozitiv nəticələnib.
Dekabrın 17-də baş tutacaq qarşılaşmadan öncə infeksiyaya yoluxan futbolçunun adı açıqlanmayıb. Həmin oyunçu təcrid edilib və karantinə alınıb.
Qeyd edək ki, cari mövsümdə “Beşiktaş”ın 11 futbolçusunun testi müsbət nəticələnib.