23:32 15-12-2020
news_image
206
FUTBOL

“Milan”ın müdafiəçisinə cəlbedici təklif – qazancının üç misli

İtaliyanın “Milan” klubunun futbolçusu Teo Ernendes Fransadan cəlbedici təklif alıb.

Apasport.az saytının məlumatına görə, PSJ 23 yaşlı müdafiəçiyə İtaliyada qazandığından üçqat artıq maaş ödəməyə hazırdır.

Parislilər Ernendesə ildə 4,5 milyon avro ödəmək niyyətindədir. Futbolçu Milanın eyniadlı təmsilçisində ildə 1,5 milyon avro qazanır. Amma Teo hələlik komandasını dəyişmək barədə düşünmür.

Qeyd edək ki, A seriyasının cari mövsümündə 11 matça çıxan futbolçu 3 qol vurub.