09:14 16-12-2020
news_image
203
FUTBOL

Nuri Şahinin rekordunu yenilədi - Yussuf Mukoko

Dortmund “Borussiya”sının futbolçusu Yussuf Mukoko Almaniya Bundesliqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu “Verder”lə qarşılaşmada meydana çıxmaqla çempionatın tarixində ən gənc futbolçu olub.

Mukokonun debütü 16 yaş 25 günlüyündə gerçəkləşib. O, Nuri Şahinə məxsus rekordu yeniləyib. Türk futbolçu Bundesliqada 16 yaş 335 günlüyündə debüt edib.

Qeyd edək ki, “Borussiya” Bremendə keçirilən matçda 2:1 hesablı qələbə qazanıb.