11:20 16-12-2020
news_image
138
FUTBOL

Koronavirusa yoluxdu - Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, koronavirus testi pozitiv çıxan təcrübəli mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Bu isə o deməkdir ki, Hüseynov Premyer Liqada ilin son iki turunda “Səbail” (20 dekabr) və “Neftçi” (24 dekabr) ilə matçlarda texniki zonadakı yerini tuta bilməyəcək.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxmuşdu.