12:15 16-12-2020
news_image
73
FUTBOL

Bir futbolçusu koronavirusdan sağaldı – “Keşlə”nin

“Keşlə”də koronavirusa yoluxan futbolçulardan daha biri sağalıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Con Kamaranın testinin nəticəsi neqativ çıxıb.

Dekabrın əvvəllərində virusa yoluxan sierra-leoneli oyunçu digərlərindən tez test vermişdi və bu gün nəticə neqativ olub. 32 yaşlı orta sahə oyunçusu artıq məşqlərə qoşula bilər.

Qeyd edək ki, bu gün “Keşlə”nin baş məşqçisi Yunis Hüseynovun koronavirusa yoluxduğu müəyyənləşib. Müdafiəçi Miyusko Boyoviç və yarımmüdafiəçi Turan Vəlizadə də bu xəstəlikdən əziyyət çəkirlər.