12:29 16-12-2020
news_image
127
FUTBOL

Heyətdə görmək istəmədiyi futbolçu – Rəşad Sadıqovun

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qış fasiləsində vidalaşacağı ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı artıq Ali Siseyin xidmətində maraqlı deyil.

Bu ilin əvvəlində qəsəbə təmsilçisi ilə 1 il+6 aylıq müqavilə imzalayan sierra leoneli müdafiəçi əsas heyətə düşmək uğrunda mübarizəni uduzduğundan, Sadıqov ondan imtina etmək qərarına gəlib.

London "Arsenal"ının yetirməsi olan afrikalı daha əvvəl İngiltərədə "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçdə "Frey", Yunanıstanda "Kissamikos" və Bolqarıstanda "Arda"da çıxış edib. 26 yaşlı futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.