13:03 16-12-2020
news_image
82
FUTBOL

“Liverpul”dan yeni müqavilə təklifi – van Deykə

İngiltərənin “Liverpul” klubu müdafiəçisi Vircil van Deyki uzun müddət komandada saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Niderland millisinin üzvünə yeni müqavilə təklif edib.

Ulduz futbolçu bu yaxınlarda sözləşməsini 2023-cü ilə qədər uzatmışdı. Ancaq rəhbərlik müddətin uzadılmasına çalışır. 29 yaşlı mərkəz müdafiəçisi razılıq verərsə, anlaşması 2026-cı ilin yayına qədər artırılacaq.

Qeyd edək ki, Vircil van Deyk “Liverpul”a 2018-ci ildə “Sauthempton”dan keçib.