13:28 16-12-2020
news_image
88
FUTBOL

Yeni baş məşqçisini seçdi – Premyer Liqa klubu

İngiltərənin “Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu gün istefanın reallaşmasına çalışır.

Rəhbərlik komandanı vaxt itirmədən yeni çalışdırıcıya həvalə etmək niyyətindədir. Yeni baş məşqçinin kimliyi də artıq məlumdur. Biliç ayrılacağı təqdirdə bu posta 2018-ci ildə “Everton”dan ayrıldıqdan bəri heç yerdə işləməyən Sem Ellardays gətiriləcək.

Qeyd edək ki, “Vest Bromviç” hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.