22:43 16-12-2020
news_image

Yığmamız 4-cü medalını qazandı – Dünya Kubokunda

Serbiyada güləş üzrə Fərdi Dünya Kubokunda beşinci yarış gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qadın güləşçilərin ikinci medal günündə son 5 dəst mükafatın sahibini müəyyənləşdiriblər.

Azərbaycan millisinin iki güləşçisi də həlledici görüşə çıxıb. Təmsilçilərimizdən Alyona Kolesnik (57 kq) təsəlliverici görüşə çıxıb və almaniyalı Laura Mertensə qalib gələrək (4:1) bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik rusiyalı Veronika Çumikovaya uduzub (2:2). 

Ondan fərqli, Elis Manolova çıxışını bürünc medalla bitirib. 65 kq çəki dərəcəsində çıxış edən güləşçi 3-cü yer uğrunda görüşdə türkiyəli Əsli Dəmirdən üstün olub – 4:0. 

Bu, qadınlardan ibarət milli komandamızın ilk medalıdırsa, ümumi hesabda 4-cü mükafatımızdır. Daha öncə yunan-Roma güləşçilərimizdən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, bu gündən sərbəst güləşçilər yarışa başlayıb.