23:02 16-12-2020
news_image
99
FUTBOL

Veynalduma əvəzləyici tapdı – “Liverpul”

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Jorjinyo Veynaldumun mövsümün sonunda ayrılması ehtimalını istisna etmir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Niderland millisinin üzvünə yüksək məvacib ödəmək fikrində deyil.

Bu səbəbdən müqavilə müddəti mövsümün sonuna qədər olan 30 yaşlı orta sahə oyunçusunun gələn ilin yayında İspaniya “Barselona”sına havayı keçməsi gözlənilir. Bununla barışan “mersisaydlılar” onun alternativini də tapıblar. Rəhbərlik Fransa klubu “Lill”in formasını geyinən Renato Sançeslə boşluğu doldurmaq niyyətindədir. 23 yaşlı portuqaliyalının transfer qiyməti 20 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, Renato Sançes “Lill”ə ötən ilin yayında 20 milyon avro müqabilində Almaniya “Bavariya”sından keçib.