00:14 17-12-2020
news_image
81
FUTBOL

Almaniyada 200-cü oyununa çıxacaq – millimizin futbolçusu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” bu gün Almaniya Bundesliqa II-də növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda “Karlsrue”ni qəbul edəcək.

Bu qarşılaşma Nazarov üçün əlamətdar olacaq. Çünki 30 yaşlı hücumameyilli oyunçu karyerası ərzində Bundesliqa II-də 200-cü matçına çıxacaq. Yubiley oyunu məhz sabiq komandası “Karlsrue”yə qarşı olacaq.

Qeyd edək ki, Dmitri Nazarov karyerası ərzində “Kayzerslautern” və “Ayntraxt”ın ikinci komandası, eyni zamanda “Proysen Münster”, “Karlsrue” və “Aue”nin formasını geyinib.