
00:44
İspaniya Kral Kubokunda 1/64 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun komandası “Albasete” meydana çıxıb.
La Liqa-2 təmsilçisi səfərdə daha aşağı liqada çıxış edən “Kordoba” ilə üz-üzə gəlib. Oyun “Kordoba”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol 63-cü dəqiqədə vurulub.
Komandasının turnirdə mübarizəni dayandırmasına mane ola bilməyən Eddi start heyətində meydana daxil olub və 77-ci dəqiqədə əvəzlənib. İsrafilov 35-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.