09:07 17-12-2020
news_image
81
FUTBOL

“Nou Kamp”da 300-cü qələbə - Messidən

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi “Nou Kamp”da 300-cü dəfə qələbə sevinci yaşayıb.

Apasport.az saytının məlumatına görə, bu, La Liqanın “Real Sosyedad”la matçında gerçəkləşib.

2:1 hesablı qələbə argentinalı hücumçunun doğma klubu ilə bu arenadakı yubiley uğuru olub. Bunlardan 211-i çempionatda, 53-ü Çempionlar Liqasında, 30-u İspaniya kuboku, 6-sı ölkə Superkubokunda qeydə alınıb.

Qeyd edək ki, Messi 2004-cü ildən “Barselona”da oynayır.