09:17 17-12-2020
news_image
159
FUTBOL

“Milan”dan yeni rekord – “Torino” arxada qaldı

“Milan” İtaliya A seriyasında 72 il əvvəl qeydə alınan rekordu qırıb.
 
Apasport.az saytının məlumatına görə, Stefano Piolinin yetirmələri ardıcıl 14-cü çempionat matçında 2 və ya daha çox qol vurmaqla bu rekorda imza atıb.

“Cenoa” ilə 2:2 hesablı nəticə milanlıların cari mövsümdə ən azı 2 qol vurduğu 12-ci qarşılaşma olub. Ötən çempionatın son iki oyununda da məhsuldarlıq göstərən “rossonyeri”nin seriyası 14-ə çatıb.

Bununla da “Milan” “Torino”ya məxsus olan rekordu arxada qoyub. Turinlilər 1948-ci ildə ardıcıl 13 matçda 2 və ya daha çox qol vurmuşdu.