
“Milan” A seriyasında ardıcıl 14 oyunda 2 və daha çox qol vurmaqla rekorda imza atıb.
Apasport.az saytı Azərbaycan çempionatlarında analoji rekordun müəllifini müəyyənləşdirib.
1992-ci ildən keçirilən yarışda 2 və daha çox qol vurulan ardıcıl oyunlar seriyasında rekord “Turan”a məxsusdur. Maliyyə çətinlikləri üzündən tarixin yaddaşına köçən klub 26 il öncə rekorda imza atıb.
Qərblilər çempion olduqları 1993/94 mövsümündə ardıcıl 11 oyunda minimum 2 qol vurub. “Xəzri Eltac” üzərində 1:0 hesablı qələbədən sonra məhsuldar çıxışa start verən “Turan”ın seriyası “Qarabağ”la görüşdə başlayıb. Məhsuldar seriyasının son matçı “Kür-Nur”a qarşı olub. “Viləş”lə Masallıdakı qarşılaşmada isə 2 qol vurmaq alınmayıb. 11 oyunluq seriya müddətində 11 qələbə qazanan Tovuz təmsilçisi ümumilikdə 30 qol vurub.
“Turan”ın 2 və daha çox qol vurduğu 11 oyunluq seriya (öncəki və sonrakı oyunlarla)
06.03.1994. Turan (Tovuz) - Xəzri-Eltac (Buzovna) - 1:0
13.03.1994. Qarabağ (Ağdam) - Turan (Tovuz) - 0:2
26.03.1994. Avtomobilçi (Yevlax) - Turan (Tovuz) - 0:3
30.03.1994. Turan (Tovuz) - Xəzər (Sumqayıt) - 2:0
06.04.1994. Kəpəz (Gəncə) - Turan (Tovuz) - 1:3
10.04.1994. Turan (Tovuz) - Neftçi (Bakı) - 2:1
17.04.1994. Şahdağ (Qusar) - Turan (Tovuz) - 0:2
23.04.1994. Turan (Tovuz) - Xəzər (Lənkəran) - 2:0
29.04.1994. Azəri (Bakı) - Turan (Tovuz) - 1:3
02.05.1994. Turan (Tovuz) - İnşaatçı (Bakı) - 3:1
05.05.1994. Pambıqçı (Bərdə) - Turan (Tovuz) - 3:4
15.05.1994. Turan (Tovuz) - Kür-Nur (Mingəçevir) - 4:1
22.05.1994. Viləş (Masallı) - Turan (Tovuz) - 0:1