12:01 17-12-2020
news_image
175
FUTBOL

Ronaldo və Messini kölgədə qoydu - model

2020-ci ilin ən yüksək ödənişli məşhurlarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Forbes” nəşrinin cədvəlində “Top-5”də üç idmançı yer alıb.

106,3 milyon dollar qazanan tennisçi Rocer Federer siyahıda 3-cüdür. İtaliya “Yuventus”unun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ondan cəmi 1,3 milyon az əldə edərək 4-cü pillədə qərarlaşıb. İlk “beşliy”i İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messi qapayır – 104 milyon.

Daha iki idmançı ilk “onluq”da yer alıb. Fransa PSJ-sinin braziliyalı forvardı Neymar 95,5 milyonla 7-ci, “Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms 88,2 milyonla 9-cudur.

Qeyd edək ki, ilin yekunlarına əsasən ilk pillədə model Kayli Cenner yar alıb. O, 590 milyon qazanc əldə edib. Reper Kanye Uest 170 milyonla ikinci olub.