12:27 17-12-2020
news_image
76
FUTBOL

Ardıcıl 9 mövsümdə... - yalnız 3 hücumçu

“Bavariya”nın qol silahı Robert Levandovski və “İnter”in hücumçusu Romelu Lukaku ölkə çempionatında növbəti oyunu qolla tamamlayıb.

Apasport.az saytının məlumatına görə, polşalı forvard Bundesliqanın XII turunda “Volfsburq”la görüşdə dublla (2:1), belçikalı isə A seriyasının XII turunda “Napoli” ilə qarşılaşmada penaltidən fərqlənərək (1:0) komandasına qələbə qazandırıb.

İndiyə qədər “Top-5” liqada yalnız 3 futbolçu ardıcıl son 9 mövsümdə minimum 10 qol vurmağı bacarıb. Bunlar Levandovski və Lukaku ilə yanaşı, “Yuventus”un hücumçusu Kriştianu Ronaldodur.

Qeyd edək ki, bu mövsüm Levandovski Bundesliqada 15, Ronaldo ilə Lukaku isə A seriyasında 10 qol vurub.