12:44 17-12-2020
news_image
221
FUTBOL

Klubundan qovuldu – AFFA-dan dəvət alan futbolçu

Türkiyənin “Kayserispor” klubu qış fasiləsi yaranmamış bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi yarımmüdafiəçi Hasan Hüseyin Acarla vidalaşmaq qərarına gəlib. Maraqlıdır ki, dünən 26 yaşı tamam olan yarımmüdafiəçi ilə məhz doğum günündə müqaviləyə xitam verilib. O, 2018-ci ildən “Kayserispor”da çıxış edirdi.

Qeyd edək ki, Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.