13:10 17-12-2020
news_image
89
FUTBOL

Daha bir klub futbolçu almayacaq - qışda

Avropanın daha bir nəhəng klubu qış transfer dövründə futbolçu almamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, koronavisur pandemiyası üzündən müəyyən maliyyə çətinlikləri yaşayan “Mançester Yunayted” yeni transferə pul ayırmaqdan imtina edib.

Düzdür, baş məşqçi Ole-Qunnar Sulşer sağ cinah müdafiəçisi, mərkəz müdafiəçisi və vinger alınmasını istəyir. Lakin İngiltərə klubunun rəhbərliyi mütəxəssisə yaya qədər gözləməyi məsləhət bilib.

Qeyd edək ki, Almaniya “Bavariya”sı və İtaliya “İnter”i də qışda futbolçu almaq niyyətindən uzaqdır.