15:32 01-08-2008
news_image
464
STOLÜSTÜ OYUNLAR

Barselonada Azərbaycan-Ermənistan duelini kim qazanacaq?

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah İspaniyanın Barselona şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycan şahmatçısı Azər Mirzəyev iştirak edəcək. İspaniyada yaşayan həmyerlimiz turnirin reytinq favoritidir. Onun əsas rəqibi isə reytinqdə ikinci olan ermənistanlı Karen Movsesyandır. 57 şahmatçının mübarizə aparacağı turnir avqustun 10-da başa çatacaq.