14:27 17-12-2020
news_image
82
FUTBOL

Mourinyoya cavab – “Liverpul”un futbolçusundan

İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold Premyer Liqanın XIII turunda “Tottenhem” üzərində qələbə (2:1) ilə bağlı paylaşım edib.

Apasport.az saytının məlumatına görə, tvitter səhifəsində komandanın qol sevinci şəklini paylaşan müdafiəçi üzərinə “Ən yaxşı komanda qalib gəldi”, yazıb.

Bununla 22 yaşlı cinah oyunçusu bununla rəqibin baş məşqçisi Joze Mourinyonun cavabını verib. Çünki portuqaliyalı mütəxəssis görüşdən sonra “Ən yaxşı komanda məğlub oldu”, fikrini bildirib.

Qeyd edək ki, hazırda “Liverpul” 28 xalla turnir cədvəlinə başçılıq edirsə, ikinci pillədəki “Tottenhem”in aktivində 25 xal var.