15:08 17-12-2020
news_image
85
FUTBOL

Köməkçisi ilə vidalaşdı - Rəşad Sadıqov

Məşqçisi ilə vidalaşdı – “Zirə” 

Bakının “Zirə” klubunda növbəti ayrılıq rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti yayıb.

Paytaxt təmsilçisi məşqçisi Borçe Xristovla yollarını ayırıb. Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən olan şimali makedoniyalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu ilin iyulundan “Zirə”də çalışan mütəxəssisin klubdakı fəaliyyəti 5 ay sürüb.

Qeyd edək ki, qəsəbə təmsilçisi bunadək futbolçusu Kayo Rangellə də yollarını ayırıb.