16:20 17-12-2020
news_image
105
FUTBOL

Hakimlərimizin sayı artırıldı – FİFA dərəcəli

Azərbaycanlı FİFA hakimlərinin siyahısı genişlənib. 

Apassport.az saytının məlumatına görə, AFFA-nın bu gün açıqladığı siyahıda 17 ədalət təmsilçisi yer alıb.

Ötən il bu rəqəm 14-ə bərabər idi. Artım futzal hakimləri və qadın referi köməkçilərinin siyahısında qeydə alınıb. Artıq ölkəmizi beynəlxalq oyunlarda 1 deyil, 3 futzal hakimi təmsil edəcək. Əli Cəbrayılov və Knyaz Əmiraslanov bu siyahıya əlavə olunub. Qadın referi köməkçilərinin sayı isə Sevda Nuriyeva ilə 2-yə çatıb.

Bundan başqa, 2 dəyişiklik də baş verib. Kişi referilərin siyahısında Rəhim Həsənovu Elçin Məsiyev, referi köməkçilərində isə Mübariz Haşımovu Cavanşir Yusifov əvəzləyib.