17:11 17-12-2020
news_image
116
FUTBOL

I diviziona göndərildi - FİFA hakimlərimiz

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XI turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri Premyer Liqa hakimlərinə həvalə olunub.

2021-ci ildən FİFA referisi statusu daşıyacaq Elçin Məsiyev “Keşlə-2” – “Qaradağ Lökbatan” görüşündə fit çalacaq. Ona beynəlxalq dərəcəli oyunlar təcrübəsi olan Elşad Abdullayevlə Pərvin Talıbov yadım edəcək. Dördüncü hakim isə FİFA dərəcəli çimərlik futbolu referisi İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, turun görüşləri dekabrın 18-19-da keçiriləcək.

18 dekabr (cümə)
“Kəpəz” – “Sumqayıt-2”

Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Gəncə şəhər stadionu, 14:30

“Keşlə-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”, 14:00

“Zaqatala” – “Sabah-2”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zaqatala şəhər stadionu, 13:00

19 dekabr (şənbə)
“Turan Tovuz” – “Qarabağ-2”

Hakimlər: Fərid Hacıyev, Qəzənfər Məmmədov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu, 14:00

MOİK – “Neftçi-2”
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 14:00