18:06 17-12-2020
news_image
164
FUTBOL

Sıradan çıxdı – “Sabah”ın 1 nömrəsi

“Sabah” klubu ciddi itki ilə üzləşib.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qapıçı Saşa Stamenkoviç sıradan çıxıb.

Serbiyalı qolkiper məşq zamanı çiynindən xəsarət alıb. Tibbi müayinə zamanı 35 yaşlı oyunçunun çiyin sümüyündə çat aşkarlanıb. Onun ilin son iki turunda çərçivədə durmayacağı dəqiqdir. Bakılıların 1 nömrəsi gələn ilin yanvarından məşqlərə başlaya biləcək.

Qeyd edək ki, “Sabah” XII turda “Neftçi” (20 dekabr), XIII turda isə “Sumqayıt”la (24 dekabr) qarşılaşacaq.