21:59 17-12-2020
news_image

Əhmədnəbi Qvarzatilov finalda – Hacı Əliyev uduzdu

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku sona yaxınlaşır.

Apasport.az saytının məlumatına görə, altıncı yarış günündə 61, 65, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 

Əhmədnəbi Qvarzatilov (61 kq) startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Qvarzatilov finala yüksəlib.

Hacı Əliyev (65 kq) debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kq-da son dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən Hacı 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. 3 qat dünya çempionu 1/4 finalda qırğız güləşçiylə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Hacı əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Əliyev bürünc medal üçün güləşəcək.

Rəşad Yusifli (79 kq) ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Abubakr Abakarov (86 kq) startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda İspaniya idmançısına uduzub. 

Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov (97 kq) Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Belarus təmsilçisinə yenilib və ümidini bürünc medala bağlayıb.

Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları dekabrın 18-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi yarışda hələlik 1 gümüş və 3 bürünc medal qazanıb

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK) 8:1
FİNAL: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (RUS)

65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0 
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN) 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (FRA) / Niurqun Skriabin (BLR)

79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (ROU)

86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10

97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR) 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (BUL)