22:20 17-12-2020
news_image
81
FUTBOL

İlin ən yaxşı qapıçısı – FİFA-nın səsverməsində

FİFA-nın 2020-ci ilin ən yaxşılarını mükafatlandırma mərasimi davam edir.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında onlayn təşkil olunan tədbirdə ən yaxşı qapıçının adı elan olunub.

Bu mükafata Manuel Noyer (Almaniya, “Bavariya”) layiq görülüb. O, digər namizədlər Alisson Bekker (Braziliya, “Liverpul”) və Yan Oblakı (Sloveniya, “Atletiko”) arxada qoyub.

Qeyd edək ki, ötən il mükafat Alisson Bekkerə nəsib olmuşdu.