22:50 17-12-2020
news_image
94
FUTBOL

Feyr-pley mükafatını qazandı - Aqnes

FİFA-nın feyr-pley mükafatının sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, nominasiyanın qalibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında baş tutan ən yaxşıların mükafatlandırılması mərasimində açıqlanıb.

Mükafata Mattia Aqnes layiq görülüb. “Ospedaletti” klubunun futbolçusu ədalətli oyun prinsiplərinə əməl etdiyi üçün mükafatlandırılıb.

Qeyd edək ki, 2019-cu ildə nominasiyanın qalibi İngiltərə “Lids”i və baş məşqçisi Marselo Byelsa olub.