00:31 18-12-2020
news_image
118
FUTBOL

“Messi və Ronaldonun vaxtlarında bu mükafatı qazanmaq xüsusi bir seydir” - Levandovski

“Öz məşqçilər korpusuma və komandaya təşəkkür etmək istəyirəm. Messi və Ronaldonun vaxtlarında bu mükafatı qazanmaq xüsusi bir şeydir”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Bavariya” klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski deyib.

FİFA-nın ilin ən yaxşı futbolçu mükafatına layiq görülən forvard təqdimetmə zamanı sevincini gizlətməyib: “Çox qürurlu və xoşbəxtəm. Bu, mənim və komanda yoldaşlarım üçün xüsusi gündür. İnanılmaz bir hissdir. Bu il biz bacardığımız hər şeyi qazandır. Əlbəttə, əsas məqam Çempionlar Liqasıdır. Bu turnirdə qələbə mənə göstərdi ki, həmişə xəyallara inanmaq lazımdır və bunun mükafatını alacaqsan”.