00:50 18-12-2020
news_image
223
FUTBOL

Ronaldo hər iki rəqibinə səs verdi - Messiylə Levandovski isə...

FİFA-nın ilin ən yaxşı futbolçu mükafatına iddiaçı olan “üçlüy”ünün kimə səs verməsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 1-ci yeri tutan Robert Levandovski (Polşa, “Bavariya”), 2-ci olan Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) və 3-cü yerin sahibi Lionel Messi (Argentina, “Barselona) millinin kapitanları kimi səs vermək hüququndan yararlanıb.

Levandovski nə özünə, nə də əsas rəqiblərinə səs verib. O, Tyaqo Alkantaranı 1-ci, Neymarı 2-ci, Kevin de Breyneni 3-cü yerə layiq bilib.

Ronaldo isə daha düzgün seçim edib. O, iki əsas rəqibini ilk iki sıraya layiq bilib. Levandovskini 1-ci yerdə görən portuqaliyalı Messini 2-ci göstərib. O, üçüncü sıranı Killian Mbappeyə verib.

Messi isə Neymarı 1-ci, Mbappeni 2-ci, Levandovskini 3-cü hesab edib. Bir sözlə, Ronaldo hər iki rəqibinin gücünə ədalətli qiymət versə də, digər iki oyunçu portuqaliyalıya qarşı fərqli davranıb.