09:15 18-12-2020
news_image
144
FUTBOL

Tarixin ən yaxşı qolunu vurub - İbrahimoviç

MLS tarixinin ən yaxşı qolu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnirin təşkilatçıları “Los Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin qolunu fərqləndirib.

Hazırda “Milan”ın formasını geyinən 39 yaşlı forvardın “Los Anceles Qalaksi”dəki debüt matçında vurduğu top MLS tarixinin ən yaxşısı seçilib. Komandasnın 4:3 hesablı qələbə qazandığı “Los Anceles”lə derbinin 90+1-ci dəqiqəsində isveçli təxminən 40 metrlik məsafədən möhtəşəm zərbə ilə toru silkələyib.

Qeyd edək ki, İbrahimoviç cari mövsüm keçirdiyi 10 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə verib.