09:54 18-12-2020
news_image
96
FUTBOL

“Arsenal” müdafiəçi alır - Almaniyadan

İngiltərənin “Arsenal” klubu yeni futbolçu transfer edir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniyanın “Herta” klubunda çıxış edən Omar Rekiki heyətinə qatacaq.

18 yaşı müdafiəçinin artıq qış transfer dövründə London klubuna keçəcəyi gözlənilir. Onun keçidinin qiyməti 350 min avro ilə dəyərləndirilir. Rekikin transferdən sonra yenidən Almaniyaya qayıdacağı, icarə əsasında “Herta”da çıxış edəcəyi bildirilir.