10:32 18-12-2020
news_image
79
FUTBOL

Premyer Liqa klubunun gündəmində - “Mançester Yunayted”ə lazım olmayan müdafiəçi

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markos Roxo karyerasını digər Premyer Liqa klubunda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Nyukasl” maraqlıdır.

Sonuncular 30 yaşlı argentinalını icarəyə götürmək niyyətindədir. Nyukasl təmsilçisi bu keçidi 2021-ci ilin əvvəlində reallaşdırmaq arzusundadır. Mançesterlilər də Roxo ilə yolları ayırmağın tərəfdarıdır.

Qeyd edək ki, Roxonun adı cari mövsümdə heç bir oyunun protokoluna daxil olunmayıb. O, yalnız əvəzedici komandada bir hissə oynamaqla kifayətlənib.