11:39 18-12-2020
news_image
109
FUTBOL

2 turniri ləğv etdi - UEFA

UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə bağlı bəzi turnirlərlə bağlı yekun qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 2020/21 mövsümü üçün 17 yaşadək qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirlər turnirləri ləğv edib.

U-19 qızlar və oğlanların turnirinin keçirilmə tarixi də müəyyənləşib. Qızlar arasında seçmə mərhələ oyunları 2021-ci ilin aprel (12 mini-turnir), pley-off (14 komanda) iyun, final mərhələsi isə 21 iyul – 2 avqust tarixində keçiriləcək. Həlledici mərhələ Belarusda təşkil olunacaq.

U-19 oğlanların yarışında 2021-ci ilin martında seçmə mərhələ (13 mini-turnir), may/iyun aylarında pley-off (14 komanda), 30 iyun - 13 iyulda isə final mərhələsi (Rumıniya) keçiriləcək.

Turnirlərin əsasnaməsi təsdiq üçün UEFA İcraiyyə Komitəsinin 2021-ci ildə keçiriləcək ilk iclasında təqdim olunacaq.

U-19 Avropa çempionatı – 2021/23 təxirə salınıb. Liqa sistemi ilə çempionatın yeni seçmə mərhələsi 2022/2024 mövsümünə keçirilib.

Futzal üzrə ikinci U-19 Avropa çempionatının isə 2021/22 mövsümündə baş tutması qərara alınıb.